ELMİ KONFRANS

      

04 may 2018 – ci il  tarxidə  Gəncə Dövlət Universitetində  “Müasir təbiət elmlərinin və iqtisadiyyatın aktual problemləri” mövzusunda Beynəlxalq  konfrans keçirilmişdir. Konfransın açılışı H.Əliyev mərkəzində olmuşdur.

Fizika bölməsi üzrə konfrans öz işini günün 2 – ci yarısında GDU – nun Fizika və texniki fənlər fakültəsində davam  etdirmişdir. Fizika  və texniki fənlər fakültəsinin dekanı  professor Muğan Quliyev bölmənin iclasını açaraq, konfransda  iştirak etmək üçün  Bakı Dövlət Universitetindən, dəvət olunmuş  prof.E.Ə.Məsimovu, prof.V.M.Salmanovu,  prof. Ə.Hüseynovu, Azərbaycan Dövlət İqtisad Universitetindən dəvət olunmuş prof.R.M.Rzayevi., prof.M.M.Tağıyevi, prof.R.F.Babayevanı, AMEA –nın Radiasiya Problemləri Universitetindən dəvət olunmuş  prof.R.C.Mədətovu və digər konfrans iştirakçılarını salamladı və konfransın işinə uğurlar arzuladı.

Daha sonra konfransda məruzə ilə GDU –nun Yarımkeçiricilər fizikası kafedrasının müdiri prof.V.M.Salmanov, həmin kafedranın müdiri prof.E.Ə.Məsimov., AMEA –n Radiasiya Problemləri İnstitutunun şöbə müdiri prof.R.C.Mədətov, Azərbaycan  İqtisad Universitetinin Fizika kafedrasının müdiri, prof.R.M.Rzayev, prof.R.F.Babayeva, GDU –nun Fizika kafedrasının müdiri, dos.N.İ.Quliyev, həmin kafedranın müəllimi A.Y.Həmzəyeva və digərləri çıxış etdilər.

Konfransın birinci gününün sonunda  gələn qionaqlar adından prof.V.M.Salmanov konfransın işinə  yaradılan şərait üçün GDU-nun  rektoru prof.Y.Ə.Yusibova Fizika və Texniki fənlər fakültəsinin dekanı, prof.M.S.Quliyevə təşəkkür etdi.