30.04.2018- ci il tarixdə b/müəllim Hüseynova Gülbəniz Qurban  qızının açıq dərsi keçirildi

30 aprel   2018 – cı il tarixdə “ÜTF və texnologiya”  kafedrasının  baş müəllimi Hüseynova Gülbəniz Qurban qızının “Texnologiya müəllimliyi” ixtisası üzrə  III kurs tələbələri ilə “Texnologiya fənninin tədrisi metodikası” fənnindən “Pedaqoji təcrübənin məqsədi, vəzifələri, növləri, müddəti, təşkili, keçirilməsi və yekunlaşdırılması. Pedaqoji təcrübəyə verilən tələblər”  mövzusunda açıq dərsi keçirildi.

Açıq dərsdə GDU rektorunun səlahiyyətli nümayəndəsi, kafedra müdiri  dos.E.M.Cavadov., Fizika və texniki fənlər fakültəsinin dekan müavini E.X.İsmayılov., ÜTF və texnologiya kafedrasının dos.G.R.Əhədova., b/m-S.A.Tağıyeva., b/m-T.Z.verdiyeva., b/m.-M.Ş.Sadıxova  iştirak  etdilər.

b/m.G.Q.Hüseynova   ilk növbədə tələbələrin dərsə davamiyyətini yoxlayıb, sinif jurnalında qeydiyyat apardı. İKT imkanlarından istifadə edərək proyektordan istifadə etməklə dərsə başladı. Slaytda mövzu ilə bağlı reproduksiyaları tələbələrə göstərib, tələbələri bu sorğuya cəlb etdi.

Açıq dərsin sonunda tələbələr və müəllim heyəti tərəfindən  açıq dərs 26 balla  “yaxşı” qiymətlə qiymətləndirildi.