27.04.2018- ci il tarixdə dosent Əhədova Gülçimən Rasim qızının açıq dərsi keçirildi

27 aprel   2018 – cı il tarixdə “ÜTF və texnologiya”  kafedrasının  dosenti Əhədova Gülçimən Rasim  qızının “Texnologiya müəllimliyi” ixtisası üzrə  IV kurs tələbələri ilə “Metalların kəsilməsi, dəzgah və alətlər” fənnindən “Diş və yiv emalı metodları, işlədilən dəzgahlar”  mövzusunda açıq dərsi keçirildi.

Açıq dərsdə GDU rektorunun səlahiyyətli nümayəndəsi, kafedra müdiri  dos.E.M.Cavadov., Fakültə metod – şurasının sədri E.H.Mövsümov ., ÜTF və texnologiya kafedrasının professor– müəllim heyətinin üzvlərindən 6 nəfəri  iştirak  etdilər.

Dos.G.R.Əhədova   ilk növbədə tələbələrin dərsə davamiyyətini yoxlayıb, sinif jurnalında qeydiyyat apardı. İKT imkanlarından istifadə edərək proyektordan istifadə etməklə dərsə başladı. Slaytda mövzu ilə bağlı reproduksiyaları tələbələrə göstərib, tələbələri bu sorğuya cəlb etdi.

Açıq dərsin sonunda tələbələr və müəllim heyəti tərəfindən  açıq dərs 30 balla  “əla” qiymətlə qiymətləndirildi.