21.05.2018- ci il tarixdə b/müəllim Tağıyeva Saidə Abduləli  qızının açıq dərsi keçirildi

21 may  2018 – cı il tarixdə “ÜTF və texnologiya”  kafedrasının  baş müəllimi Tağıyeva Saidə Abduləli qızının “Texnologiya müəllimliyi” ixtisası üzrə  I kurs tələbələri ilə “Konstruksiya materialları texnologiyası” fənnindən “Şüşə. Dekorativ matertiallar”  mövzusunda açıq dərsi keçirildi.

Açıq dərsdə GDU rektorunun səlahiyyətli nümayəndəsi, dos.Ə.Quliyev., Fizika və texniki fənlər fakültəsinin dekanı, prof.M.S.Quliyev., Fizika kafedrasının müdiri, dos.N.Quliyev.,  ÜTF və texnologiya  kafedrasının müdiri  dos.E.M.Cavadov., ÜTF və texnologiya kafedrasının professor – müəllim heyəti üzvlərindən: dos.G.R.Əhədova., b/m-A.Əliyeva, tədris ustası – S.Mehdiyeva., tədris ustası – T.Hüseynova iştirak  etdilər.

b/m.S.A.Tağıyeva   ilk növbədə tələbələrin dərsə davamiyyətini yoxlayıb, sinif jurnalında qeydiyyat apardı. İKT imkanlarından istifadə edərək proyektordan istifadə etməklə dərsə başladı. Slaytda mövzu ilə bağlı reproduksiyaları tələbələrə göstərib, tələbələri bu sorğuya cəlb etdi.

Açıq dərsin sonunda tələbələr və müəllim heyəti tərəfindən  açıq dərs   28  balla  “əla” qiymətlə qiymətləndirildi.