21.05.2018- ci il tarixdə b/müəllim Verdiyeva Təranə Zahid  qızının açıq dərsi keçirildi

21 may  2018 – cı il tarixdə “ÜTF və texnologiya”  kafedrasının  baş müəllimi Verdiyeva  Təranə Zahid qızının “Təsviri incəsənət müəllimliyi” ixtisası üzrə  II kurs tələbələri ilə “Perspektiva” fənnindən “Kölgənin perspektivinin qurulması”  mövzusunda açıq dərsi keçirildi.

Açıq dərsdə GDU rektorunun səlahiyyətli nümayəndəsi, Fizika kafedrasının müdiri, dos.N.Quliyev., ÜTF və texnologiya kafedrasının professor – müəllim heyəti üzvlərindən:  b/m- K.Məmmədov., b/m-G.Hüseynova., b/m-M.Sadıxova., kabinə müdiri – Ə.Qurbanova., tədris ustası – A.Hüseynzadə., tədris ustası – T.Hüseynova iştirak  etdilər.

b/m.T.Verdiyeva   ilk növbədə tələbələrin dərsə davamiyyətini yoxlayıb, sinif jurnalında qeydiyyat apardı. İKT imkanlarından istifadə edərək proyektordan istifadə etməklə dərsə başladı. Slaytda mövzu ilə bağlı reproduksiyaları tələbələrə göstərib, tələbələri bu sorğuya cəlb etdi.

Açıq dərsin sonunda tələbələr və müəllim heyəti tərəfindən  açıq dərs  28 balla  “əla’” qiymətlə qiymətləndirildi.