Fizika kafedrasının müdiri seçildi

Fizika kafedrasının müdiri seçildi

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 05 fevral 2018 – ci il tarixli F-100 saylı əmri ilə müvafiq olaraq GDU –nun Fizika və Texniki fənlər fakültəsinin Elmi Şurasında Fizika kafedrasının müdiri vəzifəsinə seçki keçirilmişdir.

Elmi Şuranın 14 üzvündən 13 – nəfərinin iştirak etdiyi iclasda 13 nəfər  lehinə olmaqla, dosent Quliyev Niyazi İslam oğlu 5 il müddətinə  Fizika kafedrasının  müdiri vəzifəsinə seçilmişdir.

TƏBRİK EDİRİK!

İŞLƏRİNDƏ UĞURLAR ARZULAYIRIQ.