Gəncə şəhərində Azərbaycan gənclərinin VIII forumunun ilk zona toplantısı keçirilib

Gəncə şəhərində  keçirilən Azərbaycan gənclərinin VIII forumunun ilk zona toplantısı çərçivəsində Gəncə Dövlət Filarmoniyasının foyesində YAP Gəncə şəhər təşkilatı Gənclər Birliyinin, ali məktəblərinin Tələbə – Gənclər təşkilatlarının, QHT –lərin və Gənclər Birliklərinin fəaliyyətini əks etdirən sərgi  nümayiş etdirilib.

Sərgidə Gənclər və İdman naziri Azad Rəhimov, Təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Tələbə – Gənclər Təşkilatları İttifaqının sədri, millət vəkili Şahin İsmayılov, millət vəkilləri Naqif Həmzəyev, Pərvin Kərimzadə və şəhər ziyalıları iştirak ediblər.

Qonaqlar sərgi vasitəsi ilə gənclərin son ildə gördükləri işlər barədə ətraflı məlumatlar alıblar.  Bu tədbirdə Gəncə Dövlət Universitetinin Fizika və Teniki fənlər fakültəsinin “Təsviri incəsənət müəllimliyi” ixtisasının bir qrup tələbələri də öz rəsmləri ilə iştirak ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir