05.X.2018- ci il tarixdə b/müəllim Allahverdiyeva Raziyyə Qiyas qızının açıq dərsi keçirildi

5 oktyabr  2018 – cı il tarixdə “Təsviri incəsənət”  kafedrasının  baş müəllimi Allahverdiyeva Raziyyə Qiyas qızının “Təsviri incəsənət müəllimliyi” ixtisası üzrə  III kurs tələbələri ilə “TİTM” fənnindən “Mövzu üzrə rəsm məşğələsi üçün əyani vəsaitin hazırlanması”  mövzusunda açıq dərsi keçirildi.

Açıq dərsdə Fizika və texniki fənlər fakültəsinindekanı, prof.M.S.Quliyev, Fakültə elmi şurasının sədri, Fizika kafedrasının müdiri, dos.N.Quliyev., Təsviri İncəsənət kafedrasının müdiri, dos.M.Məmmədov., Təsviri incəsənət kafedrasının professor – müəllim heyəti üzvlərindən:  b/m- E.Rəsulova., b/m-Ə.Məhərrəmov., b/m-X.Kazımova iştirak  etdilər.

b/m.Raziyyə Allahverdiyeva   dərsə hazırlıqlıqlı idi. Belə ki, mövzu üzrə rəsmin bir neçə sahəsi üzrə yəni nağıla bədii ədəbiyyata illüstrasiya, mövzuya və əlamətdar günlərə həsr  olunmuş kompozisiya nümunələrini əyani vəsait şəklində hazırlayıb gətirmişdir.

Ümumilikdə, dərs müasir tələblərə cavab verirdi.

Açıq dərs müəllim və tələbələr tərəfindən  əla qiymətlə qiymətləndirildi.