17.X.2018- ci il tarixdə b/müəllim Sadıxova Mətanət Şahin qızının açıq dərsi keçirildi

17 oktyabr  2018 – cı il tarixdə “ÜTF və texnologiya”  kafedrasının  baş müəllimi Sadıxova Mətanət Şahin qızının “Fizika müəllimliyi” ixtisası üzrə  IV kurs tələbələri ilə “Əmək mühafizəsi və təhlükəsizliyi” fənnindən “İstehsalat zədələnmələri və peşə xəstəlikləri”  mövzusunda açıq dərsi keçirildi.

Açıq dərsdə GDU–rektorunun səlahiyyətli nümayəndəsi, ÜTF və texnologiya kafedrasının müdiri, dos. E.M.Cavadov., ÜTF və texnologiya kafedrasının professor – müəllim heyətindən dos.M.Yusifov., b/m. K.Məmmədov., dos.G.R.Əhədova., b/m. E.C.Hüseynov., b/m-B.S.Hacıyeva., b/m – T.Z.Verdiyeva., b/m – A.H.Əliyeva.,  lab.müdiri – A.Quliyeva., labormüdiri – S.Bağırova., proq.mühənd- M.İbrahimova iştirak  etdilər.

B/m. Mətanət Sadıxova   dərsi yaxşı təşkil etmişdi.  Keçirilən dərsi müasir informasiya texnologiyaları vasitəsilə aparması dərsə hazır olmasından xəbər verirdi. Sadıxova Mətanət  mövzunu əyani vasitələrdən və kompyuter texnikasından istifadə etməklə hərtərəfli izah etdi.

Demək olar ki, dərsin  aparılması müasir tələblərə cavab verirdi.

Açıq dərs müəllim və tələbələr tərəfindən  “əla” qiymətlə qiymətləndirildi.