17.X.2018- ci il tarixdə b/müəllim Verdiyeva Esmira Hüseyn  qızının açıq dərsi keçirildi

17 oktyabr  2018 – cı il tarixdə “Təsviri incəsənət”  kafedrasının  baş müəllimi Verdiyeva  Esmira Hüseyn qızının “Təsviri incəsənət müəllimliyi” ixtisası üzrə  IV kurs tələbələri ilə “Vitraj” fənnindən “Yekun eskizin şüşəyə köçürülməsi”  mövzusunda açıq dərsi keçirildi.

Açıq dərsdə GDU – rektorunun səlahiyyətli nümayəndəsi dos.C.H.İbrahimov., Fakültə elmi şurasının sədri, Fizika kafedrasının müdiri, dos.N.Quliyev., Təsviri İncəsənət kafedrasının müdiri, dos.M.Məmmədov., Təsviri incəsənət kafedrasının professor – müəllim heyəti üzvlərindən 7 nəfəri iştirak  etdilər.

B/m. Esmira Verdiyeva   dərsi yaxşı təşkil etmişdi.  Keçirilən dərsi müasir informasiya texnologiyaları vasitəsilə aparması dərsə hazır olmasından xəbər verirdi. Dərsin izahı zamanı tələbələrin işləri zamanı izah vermək və bərabər ekranda slayd vasitəsilə rolik şəklində dərsin  izahı nümayiş etdirildi

Demək olar ki, dərsin  aparılması müasir tələblərə cavab verirdi.

Açıq dərs müəllim və tələbələr tərəfindən  “yaxşı”  qiymətlə qiymətləndirildi.