23.10.2018- ci il tarixdə Fizika kafedrasının müəllimi Verdiyeva Nuranə Əlişir qızının açıq dərsi keçirildi

23 kotyabr 2018 – ci il tarixdə  Gəncə Dövlət Universitetinin Fizika və Texniki fənlər fakültəsinin 2018/2019 –tədris ilinin I yarısı üçün açıq dərslərin qrafikinə uyğun olaraq Fizika kafedrasının  gənc  müəllimi Verdiyeva Nuranə Əlişir  qızının I kurs kimya müəllimliyi ixtisasında Fizika fənnindən açıq laboratoriya  dərsi keçirilmişdir.

Açıq dərsdə GDU – rektorun nümayəndəsi ÜTF və texnologiya kafedrasının  müdiri, dos.E.Cavadov., Fizika kafedrasının müdiri dos.N.İ.Quliyev və kafedranın 33 nəfər professor–müəllim heyəti üzvlərindən 16 nəfəri iştirak edirdi.

Açıq dərsdə “Suyun xüsusi buxarlanma istiliyinin təyini. Mayelərin səthi gərilmə əmsalının  damcı üsulu ilə təyini. Avqust psixometri vasitəsilə havanın rütubətinin  təyini” mövzusunda laboratoriya işlərinin aparılması  planlaşdırılmışdır.

Müəllimə Nuranə Verdiyeva gənc olmasına baxmayaraq dərsin düzgün təşkil olunmasına  nail oldu. O, əvvəlcə əyani vasitələrdən istifadə edərək, mövzular  üzrə nəzəri məlumatları verdi və mövzuları fizikanın  müasir problemləri ilə əlaqələndirdi.  Bu zaman o tələbələrlə kommunikativ  və konstruktiv əlaqələr yaradaraq, tələbələri mövzuların izahına cəlb etdi. Daha sonra isə laboratoriya işlərini yerinə yetirilməli olduğu  masalara yaxınlaşaraq tələbələrdən işi yerinə yetirmək üçün öyrəndikləri məlumatları soruşdu. Tələbələr laboratoriya işlərini yerinə yetirərkən, Nuranə Verdiyeva onları maraqlandıran sualları cavablandırdı.

Açıq dərsdən sonra Fizika və texniki fənlər fakültəsinin dekanı, professor M.S.Quliyevin, professor–müəllim heyəti üzvlərinin və tələbələrin iştirakı ilə açıq dərsin müzakirəsi keçirildi və açıq dərs 29 balla “əla” qiymətləndirildi.