18 Oktyabr Müstəqillik gününə həsr olunan Şaşki – Dama yarışı

Gəncə Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə 18 oktyabr Müstəqillik gününə həsr olunan Dama yarışı keçirilib. Gəncə Şahmat məktəbində keçirilən müsabiqədə 60 –a yaxın tələbə gənc iştirak edirdi. Gəncə Şahmat Məktəbinin müdiri Asif Həsənov Tələbə gəncləri salamlayıb, oyunun qaydaları haqqında məlumat verib. 3 mərhələdə həyata keçirilən Dama yarışında I yerə Riyaziyyat və İnformatika fakültəsinin tələbəsi Hümbətov Coşqun, II yerə Fizika və texniki fənlər fakültəsinin tələbəsi Allahyarov Babək, III yerə Riyaziyyat və informatika fakültəsinin tələbəsi Həmidova Aytən sahib oldular.

Yaradılan şəraitə və dəstəyə görə Tələbə Gənclər Gəncə Şahmat Məktəbinin müdiri Asif Həsənov və kollektivə öz təşəkkürlərini bildirdilər.

TƏBRİKLƏR!