25 oktyabr 2018 -ci il tarixdə Fizika kafedrasının dosenti Səyyarə Paşa qızı İsgəndərovanın açıq dərsi keçirildi

25 oktyabr 2018 – ci il tarixdə Gəncə Dövlət universitetinin Fizika və texniki fənlər fakültəsində  Fizika kafedrasının dosenti İsgəndərova Səyyarə Paşa qızının II kurs fizika müəllimliyi ixtisasında  “Klassik mexanika” fənnindən “Mexaniki sistemin impuls momenti. Laqranj tənliyinin invariantlığı” mövzusunda açıq dərsi keçirilmişdir. Açıq dərsdə GDU rektorunun nümayəndəsi dos.C.H.İbrahimov, Fakültə tədris – metodiki şurasının sədri,  Fizika kafedrasının müdiri dos.N.İ.Quliyev və kafedranın professor – müəllim heyəti üzvlərindən 15 nəfəri iştirak edirdi.

Dosent S.P.İsgəndərova tədris etdiyi fənn üzrə  fənn proqramını, sillabusunu, mühazirə mətnlərini GDU rektorunun nümayəndəsi dos.C.H.İbrahimova və kafedra müdiri dos.N.İ.Quliyevə təqdim etdikdən sonra açıq dərsə başladı. Əyani və yeni texniki vasitələrdən istifadə etməklə, mövzunun izahına keçdi.  Əvvəlki  mövzunun təkrarı və yeni mövzunun izahı zamanı dos. S.İsgəndərova tələbələrlə kommunikativ  və konstruktiv əlaqələri düzgün  qurdu və auditoriyanın  təşkili və idarə olunmasını pedaqoji ustalıqla həyata keçirdi.

Yeni mövzunun izahı zamanı dos.S.P.İsgəndərova tələbələri, onların fərdi xüsusiyyətlərini nəzərəalmaqla sual – cavaba cəlb edirdi. Ümumilikdə dos.S.P.İsgəndərova qarşıya qoyduğu məqsədə nail oldu.

Açıq dərsdən sonra Fizika və texniki fənlər fakültəsinin dekanı, prof.M.S.Quliyevin, Fizika kafedrasının müdiri dos.N.İ.Quliyevin, açıq dərsdə  iştirak etmiş  professor müəllim heyəti üzvlərinin iştirakı ilə açıq dərsin müzakirəsi keçirildi və açıq dərs 30 balla “əla” qiymətləndirildi.