30.10.2018- ci il tarixdə Fizika kafedrasının baş müəllimi Rüstəmova Samirə Kamandir qızının açıq dərsi keçirildi

30 oktyabr 2018 – ci il tarixdə  Gəncə Dövlət Universitetinin Fizika və Texniki fənlər fakültəsinin 2018/2019 –tədris ilinin I yarısı üçün açıq dərslərin qrafikinə uyğun olaraq Fizika kafedrasının  baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Rüstəmova Samirə Kamandir  qızının III kurs fizika müəllimliyi ixtisasında “Fizikanın tədrisi metodikası” fənnindən “Ümumtəhsil məktəblərin  VIII sinfində fizikadan məzmun standartlarının şərhi, tədris vahidinin elmi – metodik təhlili” mövzusunda açıq dərsi keçirilmişdir.

Açıq dərsdə GDU – rektorun nümayəndələri dos.C.İ.İbrahimov və dos. Ü.Əfəndiyev, Fizika kafedrasının müdiri, fakültə tədris – metodiki şurasının sədri dos.N.İ.Quliyev, kafedranın professor – müəllim heyəti üzvlərindən 14 nəfəri iştirak edirdi.

Açıq dərsin əvvəlində b/m. p.f.d. S.K.Rüstəmova  mühazirənin mövzusu,  planı barədə tələbələrə məlumat  verdikdən sonra, əyani vasitələrdən  kompyuter – proyektor sistemindən istifadə etməklə mühazirəni tələbələrə çatdırdı. Müəllim mühazirənin gedişində, müasir təlim metodlarından istifadə etməklə tələbələri mövzunun  izahına cəlb edir və bu zaman onlarla kommunikativ və konstruktiv  əlaqələr yaradırdı. Mühazirənin sonunda  b/m. pf.d. S.K.Rüstəmova tələbə və müəllimləri maraqlandıran suallara   cavab  verdi.

Açıq dərsdən sonra Fizika və texniki fənlər fakültəsinin dekanı, professor M.S.Quliyevin, kafedra müdiri, dos.N.İ.Quliyevin, professor–müəllim heyəti üzvlərinin və tələbələrin iştirakı ilə açıq dərsin müzakirəsi keçirildi və açıq dərs 29 balla “əla” qiymətləndirildi.