07.XI.2018- ci il tarixdə b/m. Məmmədov Elçin Misir  oğlunun  açıq dərsi keçirildi

07 noyabr 2018 – ci il tarixdə Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər fakültəsində Fizika kafedrasının baş müəllimi Məmmədov Elçin Misir oğlunun III kurs  “Texnologiya müəllimliyi” ixtisasında “Elektrotexniki  işlərin icra texnologiyası” fənnindən  “Sinxron maşınlar” mövzusunda açıq dərsi keçirilmişdir.

Açıq dərsdə GDU –rektorunun nümayəndələri dos.C.H.İbrahimov   və dos.Ü.əfəndiyev,  Fizika kafedrasının müdiri  dos.N.İ.Quliyev,  kafedranın professor – müəllim heyəti üzvlərindən 16 nəfəri iştirak edirdilər.

B/müəllim E.Məmmədov təlimdə texniki vasitələrdən istifadə etməklə mövzunu hərtərəfli izah etdi.

Açıq dərsdən  sonra Fizika və texniki fənlər fakültəsinin dekanı, prof.M.S.Quliyev.,  dos.N.İ.Quliyevin,  professor – müəllim heyəti üzvlərinin və tələbələrin iştirakı  ilə açıq dərsin müzakirəsi  keçirildi.

Açıq dərs 28 balla “əla” qiymətləndirildi.