01.XI.2018- ci il tarixdə dos. Hüseynov Akif Əlirza oğlunun  açıq dərsi keçirildi

01 noyabr  2018 – cı il tarixdə “Təsviri incəsənət”  kafedrasının  dosenti Akif Əlirza oğlu Hüseynovun “Təsviri incəsənət müəllimliyi” ixtisası üzrə  I kurs tələbələri ilə “Rəngkarlıq” fənnindən “Açıq fonda 2 -3 əşyadan ibarət natürmortun etüdü”  mövzusunda açıq dərsi keçirildi.

Açıq dərsdə GDU – rektorunun səlahiyyətli nümayəndəsi dos.C.H.İbrahimov., Fizika və Texniki fənlər fakültəsinin dekanı, professor M.S.Quliyev., Təsviri incəsənət kafedrasının professor – müəllim heyəti üzvlərindən 5 nəfəri iştirak  etdilər.

Dos.A.Ə.Hüseynovun    açıq dərsinin  təşkilati hissəsi  normal idi. Müəllim proyektordan istifadə edərək rəsmin qurulması qaydasını nümayiş etdirdi. Dərsə aid çoxlu əyani vəsaitlər hazırlamışdır.

Demək olar ki, dərsin  aparılması müasir tələblərə cavab verirdi. Ümumiyyətlə, Akif müəllim keçdiyi açıq dərsi müasir informasiya texnologiyaları vasitəsilə keçdi.

Ümumilikdə keçirilən açıq dərs əla qiymətləndirildi.

Açıq dərs müəllim və tələbələr tərəfindən  “əla”  qiymətlə qiymətləndirildi.