12.XI.2018- ci il tarixdə t.ü.f.d. b/m.   Hacıyeva Bahar Sabir qızının açıq dərsi keçirildi

12 noyabr 2018 – ci il tarixdə Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər fakültəsində ÜTF və texnologiya kafedrasının baş müəllimi Hacıyeva Bahar Sabir qızının IV kurs  “Texnologiya müəllimliyi” ixtisasında “Texniki termodinamika” fənnindən  “Termodinamikanın II qanunu” mövzusunda açıq dərsi keçirilmişdir.

Açıq dərsdə  Fakültə Elmi – metodiki şurasının sədri , Fizika kafedrasının müdiri  dos.N.İ.Quliyev,  ÜTF və texnologiya kafedrasının professor – müəllim heyəti üzvlərindən 5 nəfəri iştirak edirdilər.

B/müəllim B.Hacıyeva  təlimdə texniki vasitələrdən istifadə etməklə mövzunu hərtərəfli izah etdi.

Açıq dərsdən  sonra Fizika və texniki fənlər fakültəsinin dekanı, prof.M.S.Quliyev.,  dos.N.İ.Quliyevin,  kafedra müdiri dos.E.M.Cavadovun,  professor – müəllim heyəti üzvlərinin və tələbələrin iştirakı  ilə açıq dərsin müzakirəsi  keçirildi.

Açıq dərs 28 balla “əla” qiymətləndirildi.