13.XI.2018- ci il tarixdə müəl.  Seyidova İradə Adil qızının açıq dərsi keçirildi

20181113_135125 20181113_135133 20181113_141105

13 noyabr 2018 – ci il tarixdə Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər fakültəsində Fizika kafedrasının müəllimi Seyidova İradə Adil  qızının IV kurs  “Fizika  müəllimliyi” ixtisasında “Dielektrik spektroskopiyası” mövzusunda açıq dərsi keçirilmişdir.

Açıq dərs zamanı müəllim İ.Seyidova yeni texniki təlim vasitələrindən istifadə etməklə laboratoriya məşğələsində yerinə yetiriləcək mövzu üzrə nəzəri məlumatları tələbələrə çatdırdı. Bu zaman  tələbələri fərdi xüsusiyyətlərini nəzərə almaqla mövzunun izahına cəlb edirdi. Daha sonra tələbələrlə işlərin nəzəri hissəsini və gedişini birlikdə müzakirə etdi və tələbələr müəllimin nəzarəti altında işin yerinə yetirilməsinə başladılar.

Açıq dərsin sonunda tələbələrin iştirakı ilə müzakirə keçirildi və açıq dərs 21 balla “yaxşı”  qiymətləndirildi.