19.XI.2018- ci il tarixdə dos.  Hüseynov Rasim Köçəri oğlunun  açıq dərsi keçirildi

19 noyabr 2018 – ci il tarixdə Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər fakültəsində Fizika kafedrasının dosenti  Hüseynov Rasim Köçəri oğlunun  IV  kurs  “Fizika müəllimliyi” ixtisasında “Fizikanın tarixi” fənnindən    “Atom və nüvə fizikasının yaranması. Nüvə fizikasının və kvant mexanikasının yaradıcıları” mövzusunda açıq dərsi keçirilmişdir.

Açıq dərsdə GDU rektorunun nümayəndəsi dos.E.M.Cavadov,  Fizika kafedrasının müdiri, fakültə tədris metodiki  şurasının sədri dos.N.İ.Quliyev, kafedranın professor – müəllim heyəti üzvlərindən  12 nəfəri iştirak edirdi.

Dos. Hüseynov R.K. açıq dərsdə yeni texniki təlim vasitələrindən istifadə etməklə mövzunun  hərtərəfli izahını verdi. Atom və nüvə fizikasının, kvant mexanikasının yaradıcılarının həyatı, apardıqları təcrübələr, irəli sürdükləri fərziyyələr barədə maraqlı dərs icra etdi.

Açıq dərsin sonunda tələbələrlə birlikdə müzakirə keçirildi və açıq dərs 28 balla “əla ” qiymətləndirildi.