20.XI.2018- ci il tarixdə müəl.  Xavəri Xavər Ələmxan qızının  açıq dərsi keçirildi

20 noyabr 2018 – ci il tarixdə Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər fakültəsində Fizika kafedrasının müəllimi Xavəri Xavər Ələmxan qızının   III  kurs  “Fizika müəllimliyi”   ixtisasında “Fizikanın tədrisi metodikası – 2” fənnindən  “Transfarmatorlar və çeviricilərlə bəzi təcrübələrin nümayişi” mövzusunda  açıq  dərsi  keçirilmişdir.

Açıq dərsdə GDU rektorunun nümayəndələri dos.C.İbrahimov və dos.Ü.Əfəndiyev,  Fizika kafedrasının müdiri, fakültə tədris metodiki  şurasının sədri dos.N.İ.Quliyev, kafedranın professor – müəllim heyəti üzvlərindən  15 nəfəri iştirak edirdi.

Müəl.Xavəri Xavər açıq dərsdə mövzunu yeni texniki təlim vasitələrindən, əyani vasitələrdən, illüstrativ və əyani təlim metodlarından istifadə etməklə izah etdi. Təcrübələri əyani olaraq tələbələrə göstərdi. Tələbələr özləri də müəllimin köməyi ilə təcrübələri icra etdilər. Açıq dərsin gedişində müəllim kommunikativ və konstruktiv əlaqələr  quraraq auditoriyanı ələ almağı bacardı. Müəllimin dərsə hazırlığı ümumiyyətlə yüksək səviyyədə idi.

Açıq dərsdən sonra fakültə dekanı prof.M.S.Quliyev və   tələbələrin iştirakı ilə keçirilən müzakirədə açıq dərs 27 balla “əla”  qiymətləndirildi.