Qabiliyyət imtahanları

21 yanvar 2019 -cu il tarixdə Fizika və texniki fənlər fakültəsində “Təsviri incəsənət müəllimliyi” ixtisası  üzrə 4(2) qrup tələbələri  “Tədris  plakatlarının hazırlanması” fənnindən qabiliyyət imtahanı vermişlər.

İmtahanın nəticələri tələbələr üçün çox uğurlu olmuşdur. Tələbələr imtahanın gedişindən  və işlərinə verilən qiymətlərdən razı qalmışlar. Heç bir tələbənin imtahanın gedişinə və qiymətləndirilməsinə  dair şikayəti olmamışdır. Qrupun bütün tələbələri imtahandan müvəffəq qiymətlər almışlar.

Ümumiyyətlə Universitet rəhbərliyinin və Fakültə rəhbərliyinin, müəllimlərinin səyləri nəticəsində imtahanlar yüksək şəffaflıq və obyektivlik şəraitində keçirilir.

Beləliklə,  Universitetimizdə yüksək ixtisaslı, savadlı və bacarıqlı kadrların yetişdirilməsi üçün hər bir şərait yaradılmışdır və tələbələrimiz bu imkanlardan maksimum yararlanmağa çalışırlar.