01.02.2019- cu  il tarixdə Fizika kafedrasının növbəti elmi – seminarı keçirildi.

1 fevral   2019 – cu il tarixdə  Gəncə Dövlət Universitetinin Fizika və texniki  fənlər fakültəsində Fizika kafedrasının növbəti elmi – seminarı keçirilmişdir.

Seminarda  kafedranın professor – müəllim  heyəti üzvləri və tələbələr iştirak edirdilər. Kafedranın dosenti Yəhya Namazov seminarda  “Süni atmosfer hadisələri” mövzusunda  çıxış etdi. O, əyani  vasitələrdən istifadə  etməklə süni yağış yağdırma, qar yağdırma  kimi süni atmosfer, eləcədə qütb  parıltıları, səmadakı rənglər, ilğım kimi təbii atmosfer hadisələri haqqında geniş  məlumat  verdi.

Daha sonra  dos.Y.Namazov  seminar iştirakçılarının  çox saylı suallarına cavab verdikdən sonra, mövzu ətrafında  müzakirələr başladı. Müzakirələrdə kafedra müdiri  dos.N.Quliyev, dos.R.İmanov, b/m.S.Abdullayev,  b/m.S.İmanova,  dos.S.İsgəndərova çıxış etdilər.

Seminarın sonunda kafedra müdiri dos.N.Quliyev maraqlı mövzu üçün dos.Y.Namazova,  fəal müzakirələrə görə isə professor – müəllim heyətinə təşəkkür etdi.

Kafedranın növbəti seminarının 08 fevral 2019 –cu ildə keçirilməsi qərara alındı.