XOCALI SOYQIRIMINA HƏSR EDİLMİŞ FAKÜLTƏ TƏDBİRİ

XOCALI  SOYQIRIMINA  HƏSR  EDİLMİŞ FAKÜLTƏ  TƏDBİRİ

 

22 fevral  2019 – cu il tarixində Fizika və texniki fənlər fakültəsində Xocalı soyqırımının 27 –ci ildönümünə həsr olunmuş tədbir keçirildi.  Tədbir fakültə dekanılığı və fakültə TGT-nin birgə fəaliyyəti nəticəsində hazırlanmışdı. Tədbirin keçirildiyi böyük auditoriya Xocalı faciəsini əks etdirən  foto – stend və çoxsaylı rəsm əsərləri ilə bəzədilmişdi.

Giriş sözü ilə tədbiri fakültənin dekanı prof.M.Quliyev açdı. O, Xocalı şəhidlərinin və ölkəmizin azadlığı, ərazi bünövlüyü və suverenliyi  uğrunda həyatını  itirmiş digər şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsini təklif etdi. O, çıxışında qeyd etdi ki, Xocalı soyqırımı XX əsrdə insanlığa qarşı törədilmiş ən vəhşi  hərəkətlərdən biridir.  Xalqımız  erməni daşnaqlarının bu vəhşiliyini heç vaxt unutmayacaqdır. Ümummilli liderimiz Heydər Əliyevin sözləri ilə desək “bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri – insani cəza üsulları ilə bəşər tarixində bir  vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda,  bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir”

Sonda fakültə dekanı qeyd etdi ki, möhtərəm  prezidentimiz İlham Əliyevin rəhbərliyi və xüsusi diqqəti nəticəsində  Azərbaycan dövləti güclü ordu yaratmışdır və bu ordu yaxın  zamanda  torpaqlarımızı azad  edəcək və erməni cəlladlarının cəzasını verəcəkdir. Bundan başqa tədbirdə Təsviri incəsənət kafedrasının professoru Şaiq Məmmədov və fakültə dekanının tərbiyə işləri üzrə müavini Sabir Abdullayev də çıxış etdilər.

Tədbirdə  Xocalı  soyqırımını  əks etdirən  video çarx  göstərildi. Fakültə tələbələri  Mövlayeva Röya, Quliyeva Nəzmiyyə və digər tələbələr Xocalı soyqırımına həsr edilmiş şerləri  səsləndirdilər.

Tədbirin hazırlanmasında və keçirilməsində Fizika və texniki fənlər fakültəsinin Tələbə Gənclər Təşkilatının sədri III kurs tələbəsi Əminə Əliyevanın da əməyi az olmamışdır.

ŞƏHİDLƏRİMİZİ   UNUTMAYAQ !