27.02.2019- cu il tarixdə müəl. Tağıyeva  Ruqiyyə Akif qızının  açıq dərsi keçirildi

 

27 fevral 2019 –cu il tarixdə “Təsviri incəsənət”  kafedrasının müəllimi Tağıyeva Ruqiyyə Akif qızının “Təsviri incəsənət müəllimliyi” ixtisası üzrə  I kurs tələbələri ilə “Rəsm” fənnindən “Ton material formaca müxtəlif məişət əşyalarından ibarət natürmort rəsmi. Mərhələ – Natürmortun qurulması”  mövzusunda açıq dərsi keçirildi.

Açıq dərsdə GDU–rektorunun səlahiyyətli nümayəndəsi dos.C.H.İbrahimov., dos.E.M.Cavadov., Fizika kafedrasının müdiri, fakültə tədris metodiki  şurasının sədri dos.N.İ.Quliyev,  Təsviri incəsənət kafedrasının müdiri dos.M.Məmmədov.,  Təsviri incəsənət kafedrasının professor – müəllim heyəti üzvlərindən b/m- K.Murğuzova., b/m- E.Rəsulova., b/m-E.Verdiyeva  iştirak  etdilər.

Müəl. R.A.Tağıyevanın açıq  dərsi müasir tələblərə cavab verəcək formada  təlimin – texniki vasitələrindən istifadə edilməklə aparıldı.

Ümumilikdə keçirilən açıq dərs “yaxşı” qiymətlə qiymətləndirildi.