14.03.2019- cu il tarixdə müəllim Kazımova Aygün İsgəndər qızının açıq dərsi keçirildi

14.03.2019- cu il tarixdə müəllim  Kazımova Aygün İsgəndər qızının   açıq dərsi keçirildi

14 mart  2019 – cu il tarixdə Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər fakültəsində  Fizika kafedrasının müəllimi  Kazımova Aygün İsgəndər qızının I kurs Fizika müəllimliyi ixtisasında “Molekulyar fizika” fənnindən  açıq laboratoriya dərsi keçirilmişdir. Açıq dərsin mövzusu tələbələrin yerinə yetirəcəyi “Avqust psixometri vasitəsilə havanın nisbi rütubətinin təyini” və “Səthi gərilmə əmsalının damcı üsulu ilə təyini” mövzuları olmuşdur.

Açıq dərsdə GDU  rektorunun nümayəndəsi dos.E.Cavadov,  Fizika kafedrasının  müdiri dos.N.Quliyev, kafedranın müəllimləri b/m.E.Məmmədov., dos. S.İsgəndərova, dos.R.Hüseynoiv., dos.M.Tağıyeva, müəllimlər İ.Seyidova., X.Xavəri., b/m. İ.Mövsümova., b/m.S.Musayev və başqaları iştirak edirdilər.

Müəllim A.Kazımova müasir kompüter texnikasından, əyani vasitələrdən istifadə etməklə mövzuları ətraflı izah etdi və bu zaman  tələbələrlə fəal şəkildə kommunikativ əlaqələr qurdu. Daha sonra tələbələrə laboratoriya işlərinin necə yerinə yetiriləcəyini izah etdi.

Açıq dərsin sonunda müəllim A.Kazımovanın açıq dərsi tələbələrin və müəllimlərin iştirakı ilə müzakirəsi keçirildi. Müzakirənin  yekunu olaraq açıq dərs 27 balla “əla” qiymətləndirildi.