15.03.2019- cu il tarixdə dos. İsgəndərova Səyyarə Paşa qızının açıq dərsi keçirildi

15.03.2019- cu il tarixdə dos. İsgəndərova Səyyarə Paşa  qızının   açıq dərsi keçirildi

15 mart  2019 – cu il tarixdə Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər fakültəsində  Fizika kafedrasının dosenti  İsgəndərova  Səyyarə Paşa qızının III kurs Fizika müəllimliyi ixtisasında “Nüvə fizikası” fənnindən  “Nüvənin rabitə enerjisi. Bir nuklona düşən rabitə enerjisi. Kütlə defekti” mövzusunda açıq dərsi keçirilmişdir.

Açıq dərsdə Fizika kafedrasının  müdiri dos.N.Quliyev, kafedranın professor – müəllim  heyəti üzvlərindən dos.M.Tağıyeva, dos.R.K.Hüseynov., dos.R.İmanov., dos.Y.Namazov., b/m.p.f.d.S.Rüstəmova., b/m.L.Rzayeva.,  müəllimlər K.Veysova., A.Kazımova., R.Abbasov və başqaları iştirak edirdilər.

Dos.S.İsgəndərova açıq dərsi tələbələrlə kommunikativ əlaqələr  quraraq,  əvvəlki mövzunun təkrarı ilə başladı. Daha sonra müasir  kompüter texnikasından istifadə etməklə  yeni dərsin mövzusunu izah etdi. Yeni mövzunu izah edərkən  dos.S.İsgəndərova riyazi aparatlardan istifadə edirdi və bu zaman pedaqoji ustalıq nümayiş etdirdi.

Açıq dərsin sonunda dos.S.İsgəndərovanın açıq dərsinin tələbələrin və müəllimlərin  iştirakı ilə müzakirəsi keçirildi.

Açıq dərs 29 balla “əla ”qiymətləndirildi.