16.04.2019- cu il tarixdə b/müəl. Məmmədov Kamal Rəsul oğlunun açıq dərsi keçirildi

16.04.2019- cu il tarixdə b/müəl. Məmmədov Kamal Rəsul  oğlunun    açıq dərsi keçirildi

16 aprel 2019 – cu il tarixdə GDU –nun Fizika və texniki fənlər fakültəsində “ÜTF və texnologiya” kafedrasının   baş müəllimi Kamal  Rəsul oğlu Məmmədovun “Təsviri incəsənət müəllimliyi” ixtisasının  I kursunun 11 qrupunda “Tərsimi həndəsə”  fənnindən “Fırlanma və  çoxüzlü səthli həndəsi cisimlər üzərində nöqtənin proyeksiyası” mövzusunda açıq dərsi oldu.

Dərs laborator – praktiki məşğələ idi. Dərsdə müəllim fırlanma  və çoxüzlü  səthə malik həndəsi  cisimlər üzərində nöqtənin  proyeksiyasının qurulma qaydasını  ətraflı izah etdi.

Açıq dərsdə  GDU  rektorunun səlahiyyətli nümayəndəsi, ÜTF və texnologiya kafedrasının müdiri,  dos.E.M.Cavadov.,  kafedranın professor – müəllim heyəti üzvlərindən  dos.R.Ə.Həsənov., dos.G.R.Əhədova., b/m-G.Q.Hüseynova, b/m. B.S.Hacıyeva., b/m-M.Ş.Sadıxova   habelə  kafedranın tədris köməkçi –  heyətindən  Afət Məmmədova., Saidə Bağırova., Mətanət İbrahimova.,  Ulduz Xəlilova da iştirak etdilər.

Dərsdə tələbələr fəal idi   və   fənn müəllimi  proyeksiyaların qurulma qaydalarını  proyektorda  göstərdi, habelə lövhədə əyani şəkildə izah etdi.