16.04.2019- cu il tarixdə b/m. İmanova Sevinc Ramazan qızının açıq dərsi keçirildi

16.04.2019- cu il tarixdə b/m. İmanova Sevinc Ramazan qızının    açıq dərsi keçirildi

16 aprel 2019 – cu il tarixdə GDU –nun Fizika və texniki fənlər fakültəsində Fizika kafedrasının  b/müə.İmanova Sevinc Ramazan qızının III kurs “Fizika müəllimliyi” ixtisasında  “Astronomiyanın tədrisi metodikası” fənnindən “Günəş sisteminin nəhəng planetlərinin fiziki təbiəti” və “Günəş sisteminin kiçik cisimləri”mövzularının  tədrisi metodikası mövzusunda  açıq dərsi keçirilmişdir.

Açıq dərsdə  GDU  rektorunun səlahiyyətli nümayəndəsi dos.C.H.İbrahimov.,  Fizika kafedrasının  müdiri, dos.N.İ.Quliyev.,  kafedranın professor – müəllim heyəti üzvlərindən  15 nəfəri iştirak edirdilər.

B/müəl. S.R.İmanova açıq dərsdə tələbələrlə əvvəlki mövzunun təkrarı ilə başladı və bu zaman tələbələrin  fərdi xüsusiyyətlərini nəzərə almaqla onlarla kommunikativ əlaqələr qurdu. Daha  sonra S.R.İmanova müasir kompyuter texnikasından, əyani vasitələrdən istifadə etməklə yeni mövzunun izahını verdi.

Açıq dərsin sonunda tələbələrin iştirakı ilə müzakirə keçirildi və b/m.S.R.İmanovanın açıq dərsi 29 balla “əla”  qiymətləndirildi.