25.04.2019 –cu ildə ÜTF və texnologiya kafedrasının b/müəllimi texnika üzrə fəlsəfə doktoru Sadıxova Mətanət Şahin qızının C.Cabbarlı adına 6 saylı tam orta məktəbdə açıq dərsi keçirilmişdir.

25.04.2019 –cu  ildə ÜTF  və texnologiya  kafedrasının  b/müəllimi texnika üzrə fəlsəfə doktoru Sadıxova Mətanət Şahin qızının  C.Cabbarlı adına 6  saylı  tam orta məktəbdə açıq dərsi keçirilmişdir.

 

Gəncə Dövlət Universiteti ilə Gəncə Şəhər Təhsil İdarəsi və C.Cabbarlı  adına 6 saylı tam orta məktəb arasında imzalanan müqaviləyə əsasən GDU – nun  ÜTF və texnologiya kafedrasının    baş müəllimi, texnika üzrə fəlsəfə doktoru  Sadıxova Mətanət Şahin qızının  25 aprel  2019–cu il tarixdə  həmin orta məktəbin VII2 sinfində  Texnologiya  fənnindən “Ətin mexaniki emalı texnologiyası” mövzusunda açıq dərsi keçirilmişdir.

Açıq dərsdə GDU – nun Təcrübə və karyera şöbəsinin müdiri dos.C.İ.Qarayev,  ÜTF və texnologiya kafedrasının   müdiri: dos.E.M.Cavadov,  kafedranın əməkdaşları dos.R.Ə.Həsənov,  dos.M.Q.Yusifov , b/m.E.C.hüseynov və orta məktəbin texnologiya müəllimləri    iştirak etmişlər.

T.f.d., b/m.Sadıxova M.Ş.   dərsə başlamazdan əvvəl şagirdlərə öz tövsiyyəsini bildirdi və gələcək işlərində  uğurlar arzuladı.  Sonra yeni dərsə aid bəzi mövzuları təkrar edərək müasir texniki vasitələrdən istifadə etməklə yeni mövzunu izah etdi.

Açıq dərsdən sonra  iştirak edən müəllim və şagirdlərin iştirakı ilə müzakirə aparıldı. dos.C.Qarayev və dos.E.Cavadov  dərsin gedişatı barəsində öz fikirlərini bildirdilər.