29.04.2019- cu il tarixdə b/m. Əliyeva Afət Həmid qızının açıq dərsi keçirildi

29.04.2019- cu il tarixdə b/m. Əliyeva Afət Həmid  qızının  açıq dərsi keçirildi

29 aprel 2019 – cu il tarixdə GDU –nun Fizika və texniki fənlər fakültəsində “ÜTF və texnologiya” kafedrasının  b/müəl. Əliyeva Afət Həmid qızının I kurs “Texnologiya  müəllimliyi” ixtisasında  “Kulinariya praktikumu” fənnindən “Dondurulmuş desertlərin hazırlanması və süfrəyə verilməsi” mövzusunda  açıq dərsi keçirilmişdir.

Açıq dərsdə  GDU  rektorunun səlahiyyətli nümayəndəsi, ÜTF və texnologiya kafedrasının müdiri dos.E.M.Cavadov, fakültə tədris metodiki şürasının sədri, Fizika kafedrasının müdiri dos.N.İ.Quliyev, kafedranın professor – müəllim heyəti üzvlərindən b/m.E.C.Hüseynov., b/m. texn. f.d. S.A.Tağıyeva., b/m. texn.f.d. G.Q.Hüseynova., b/m. texn.f.d. B.S.Hacıyeva və başqaları iştirak edirdilər.

B/m. A.Əliyeva açıq dərsə başlamazdan əvvəl dərsdə  iştirak edən  professor – müəllim heyətini tələbələrə təqdim etdi. Sonra isə əyani vasitələrdən, kompüter texnikasından istifadə etməklə dərsin mövzusunu tələbələrə izah etdi. Mövzunun izahından sonra tələbələr b/m.A.Əliyevanın rəhbərliyi altında dondurulmuş desertləri hazırladılar. Desertlərin hazırlanması prosesində b/m. Afət Əliyeva hər bir tələbə ilə fərdi olaraq iş aparır, onlarla kommunikativ əlaqələr yaradır,  onların fərdi psixoloji xüsusiyyətlərini nəzərə alırdı. B/m. A.Əliyevanın pedaqoji ustalığı fənni mükəmməl bilməyi özünü büruzə verirdi. Bununda nəticəsində o qarşıya qoyduğu məqsədə nail oldu və tələbələr yüksək səviyyədə desert hazırladılar.

Açıq dərsin sonunda müəllim və tələbələrin iştirakı ilə müzakirə keçirildi və açıq dərs 27 balla “əla” qiymətləndirildi.