08.05.2019- cu il tarixdə müəl. Məmmədova Aybəniz Əli qızının açıq dərsi keçirildi

08.05.2019- cu il tarixdə müəl. Məmmədova Aybəniz Əli qızının   açıq dərsi keçirildi

08 may    2019 –cu il tarixdə “Təsviri incəsənət”  kafedrasının müəllimi Məmmədova Aybəniz Əli qızının   “Təsviri incəsənət müəllimliyi” ixtisası üzrə  II kurs tələbələri ilə “Rəsm” fənnindən “Yaşlı kişi başının rəsmi.” Mərhələ – İşıq mənbəyinin təsirinin verilməsi  mövzusunda açıq dərsi keçirildi.

Açıq dərsdə GDU–rektorunun səlahiyyətli nümayəndəsi dos.Cəfər Hüseyn oğlu İbrahimov., dos.Cavadov Elçin Məhəmməd oğlu,  Fizika kafedrasının müdiri, Fakültə tədris metodiki  şurasının sədri dos.Niyazi İlyas oğlu Quliyev,  Təsviri incəsənət kafedrasının müdiri dos.Mərdan Mürsəl oğlu Məmmədov.,  Təsviri incəsənət kafedrasının professor – müəllim heyəti üzvlərindən dos.Akif Hüseynov., b/m.Əbülfət Məhərrəmov., b/m.Elnarə Rəsulova  və başqaları iştirak edirdilər.

 

Müəllim Məmmədova Aybəniz  Əli qızı müasir kommunikasiya texnikalarından istifadə edərək işıq mənbəyinin təsirinin verilməsinə aid video görüntü nümayiş etdirdi. Dərs zamanı  müasir texnologiyanın imkanlarından vaxtında və yerində istifadə etdi.

Açıq dərs tələbələr və müəllim heyəti tərəfindən 23 balla “yaxşı” qiymətləndirildi.