ULU ÖNDƏR H.ƏLİYEVİN 96-cı İLDÖNÜMÜ

7 may 2019 – cu il tarixində  Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər  fakültəsində Ümummilli liderimiz Heydər Əliyevin  anadan  olmasının 96 –cı ildönümünə həsr edilmiş  tədbir keçirildi. Fakültə dekanlığının və fakültə TGT-nin hazırladığı möhtəşəm tədbir GDU-nun  II Tədris binasının akt zalında təşkil edilmişdi.

Tədbirdə fakültəmizin bütün ixtisas və qruplarını təmsil edən  tələbələr və fakültənin professor – müəllim  və texniki heyəti iştirak edirdi.

Tədbir Azərbaycan  Respublikasının Dövlət  Himninin səsləndirilməsi və tədbir iştirakçıları tərəfindən oxunması ilə başlandı.

Sonra Fakültə dekanı prof. Muğan Quliyev çıxış etdi. O, Ulu öndər Heydər Əliyevin keçdiyi uzun və şərəfli həyat yolu, siyasi fəaliyyəti haqqında  məzmunlu çıxış etdi. Qeyd etdi ki, Ümummilli lider Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin qurucusudur. O, xalqımızı  səfərbər edərək bu dövləti qurmuş, onun müstəqillliyini daimi əbədi və dönməz olması üçün lazım olan  bütün işləri həyata keçirmişdir. 2003 –cü ildən  başlayaraq Ulu öndərin bu işini onun siyasi irsinin davamçısı möhtərəm prezidentimiz  İlham Əliyev ləyaqətlə davam etdirir.

Çıxışdan sonra fakültə tələbələrinin və musiqi kollecinin tədbirə dəvət edilmiş tələbələrinin bir qrupunun  hazırladıqları rəngarəng  musiqili – ədəbi  proqram təqdim edildi.

Tədbirin hazırlanmasında fakültənin TGT-nin sədri, təsviri incəsənət müəllimliyi  ixtisası üzrə III kurs tələbəsi Əminə Əliyevanın əməyini  xüsusi qeyd etmək lazımdır.