V1 CHALLENGE GƏNCƏ”- Drift şou

 

29 sentyabr 2019 – cu il tarixdə Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı və “Regional İnkişaf” İctimai Birliyin dəstəyi ilə “V1 CHALLENGE GƏNCƏ” – İdman avtomobillərinin  yarışı və şousu keçirilib.

H.Əliyev park kompleksi ərazisində 20 mindən çox tamaşaçının izlədiyi yarış həyəcan dolu anlar, maraqlı tryuklarla yadda qalıb.

Drift yarışları üzrə pilotlar Elvin Xudaverdiyev I yer, Adil Axundov II yer, Fəxri Gülməmmədov isə III yerin qalibi olub.

V1 CHALLENGE  – yarışında isə pilot Fərid Məmmədov I yer, Azad Hüseynov II yer, Mətin Orucov isə III yerə sahib oldu.