“5 OKTYABR- MÜƏLLİM GÜNÜ” FAKÜLTƏNİN KAFEDRALARINDA QEYD EDİLDİ.

5 OKTYABR- MÜƏLLİM GÜNÜ

Bu gün  3 oktyabr 2019- cu il tarixdə GDU-nun Fizika və texniki fənlər fakültəsinin dekanı, professor  Muğan Quliyev “5 oktyabr-Müəllim günü” münasibəti ilə  fakültənini bütün kafedra müəllimlərini və tədris köməkçi heyətini təbrik etdi.  Kafedra əməkdaşlarına işlərində müvəffəqiyyətlər və uğurlar arzuladı.

5 oktyabr Beynəlxalq müəllimlər günüdür. Müəllimlər günü YUNESKO – nun qərarı ilə 1966 – cı ildən bayram olunur.

Ölkəmizdə müəllimlər günü 1993 – cü ildən qeyd edilməyə başlanıb. Beynəlxalq müəllimlər günü həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır. Hər birimizdə müəllimin hərarətli qəlbində bir zərrəciyi var.

Azərbaycanın böyük müəllim ordusu var və onlar Respublikamızın intellektual potensialının gücləndirilməsi yolunda fəaliyyət göstərirlər.

Onu da qeyd etmək istəyirəm ki, Ümummilli liderimiz Heydər Əliyev söyləmişdir: “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram”

BAYRAMINIZ MÜBARƏK!