04 oktyabr – 2019 -cu il tarixdə Fizika kafedrasının müəllimi Verdiyeva Nuranə Əlişir qızının açıq dərsi keçirildi.

Fizika kafedrasının müəllimi Verdiyeva Nuranə Əlişir qızının açıq dərsi keçirildi.

04 oktyabr 2019 –cu il tarixdə Fizika və texniki fənlər fakültəsinin Fizika kafedrasının müəllimi Verdiyeva Nuranə Əlişir qızının I kurs “Fizika müəllimliyi” ixtisasında  “Mexanika” fənnindən “Dinamikanın əsasları. Ntuton qanunları” mövzusunda  açıq seminar dərsi keçirilmişdir. Açıq  dərsdə GDU rektorunun nümayəndəsi, dos.E.M.Cavadov, Fizika kafedrasının müdiri dos.N.İ.Quliyev və Fizika kafedrasının 12 nəfər professor – müəllim heyəti üzvləri iştirak edirdilər.

Açıq dərsdə N.Ə.Verdiyeva tələbələri fəal olaraq mövzunun izahına cəlb etməklə, mövzu barədə hərtərəfli məlumat verdi. N.Ə.Verdiyeva gənc olmasına baxmayaraq tələbələrə dinamika və onun qanunlarını  bacarıqla izah etdi, mövzuya aid məsələ həlli zamanı istifadə olunacaq məsələ həlli metodikasını tələbələrə başa saldı. Daha sonra tələbələr müəllimin köməkliyi ilə mövzuya aid məsələlər həll etdilər.

Açıq dərsin sonunda tələbələrin iştirakı ilə  müzakirə keçirildi və açıq dərs 24 balla “yaxşı” qiymətləndirildi.