Dağlıq Qarabağ münaqişəsinin həlli –

  

 

Dağlıq Qarabağ münaqişəsinin  həlli – 

7 oktyabr 2019 –cu il tarixtə Gəncə Dövlət Universitetinin II tədris binasında Azərbaycanın əsas problemi olan Dağlıq Qarabağ münaqişəsinin həlli haqqında  tədbir keçirildiu.

Tədbirdə Elm və texnika üzrə prorektor, dos.Pərvin Kərimzadə, Himanitar məzələlər üzrə prorektor, dos.Gülsüm Fətəliyeva, Azad Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova, Universitetin müəllim- professor heyəti və tələbələr iştirak edirdi.

Çıxış edənlər vurğuladılar ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz bir hissəsidir. İşğalçı qonşuların  bəd niyyətləri Prezidentimiz İ.Əliyevin uğurlu xarici siyasəti nəticəsində dünyaya bəyan edilibdir. BMT  Təhlükəsizlik Şurasının münaqişənin sülh yolu ilə nizamlanmasına dair qəıbul etdiyi 4 qətnamənin heç biri 25 ildən çoxdur yerinə yetirilmiur. Biz bütün   imkanlarımızdan  istifadə edib öz torpaqlarımızı geri qaytarmaq niyyətindəyik. Bunun üçün  bizim güclü ordumuz, güclü Ali komandanımız var.

Prezident İ.Əliyevin Soçidə “Wolday” Beynəlxalq  Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında etdiyi çıxış və “Qarabaq tarixi əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida!” sözləri bu inamı bir daha möhkəmlətdi.

Tədbirdə GDU –nun tələbələri də çıxış etdilər. Fizika və texniki fənlər fakültəsinin Təsviri İncəsənət ixtisasının I kurs tələbəsi Məmmədəmirova Xədicə çıxış edərək, söylədiki gənclər həmişə prezidentimizi, onun siyasətini dəstəkləyir.