09 oktyabr 2019 – cu il tarixdə Fizika kafedrasının müəllimi Məmmədzadə Afət Cəlal qızının açıq dərsi keçirildi.

09 oktyabr 2019 – cu il tarixdə Fizika kafedrasının müəllimi Məmmədzadə Afət Cəlal qızının açıq dərsi keçirildi.

O9 oktyabr 2019-cu il tarixdə Fizika və texniki fənlər fakültəsində Fizika kafedrasının müəllimi Məmmədzadə Afət Cəlal qızının IV kurs “Fizika müəllimliyi” ixtisasında  “Fizikanın tədrisində qarşıya çıxan problemlər” fənnindən “Mayelərin səthi gərilməsinin izahı zamanı qarşıya çıxan problemlər” və onların həlli yolları mövzusunda açıq dərsi keçirilmişdir. Açıq dərsdə Fizika kafedrasının müdiri,  Fakültə tədris metodiki şurasının sədri dos.N.İ.Quliyev, GDU rektorunun nümayəndəsi dos.E.M.Cavadov və  Fizika kafedrasının 12 nəfər professor – müəllim heyəti  üzvləri iştirak edirdilər.

Müəllim A.C.Məmmədzadə  kafedrada ilk dəfə fəaliyyətə başlanmasına baxmayaraq qarşısına qoyduğu məqsədə bacarıqla nail oldu. O, əyani vasitələrdən  istifadə etməklə mövzunu hərtərəfli izah etdi.  Mövzunun izahı zamanı fəal interaktiv təlim metodlarından  istifadə etməklə tələbələri fəal surətdə mövzunun izahına cəlb edirdi.

Açıq dərsin sonunda tələbələrin iştirakı ilə müzakirə keçirildi və açıq dərs 23 balla “yaxşı” qiymətləndirildi.