17.10.2019-cu il tarixdə Fizika kafedrasının baş müəllimi İmanova Sevinc Ramazan qızının açıq dərsi keçirildi.

17 oktyabr 2019 – cu il tarixdə Fizika və texniki fənlər fakültəsinin III kurs fizika müəllimliyi ixtisasında Fizika kafedrasının  baş müəllimi İmanova Sevinc Ramazan qızının “Astronomiya” fənnindən  “Astronomiyada zaman vahidi.  Vaxt hesablama sistemləri” mövzusunda açıq dərs  keçirilmişdir.

Açıq dərsdə Fizika kafedrasının müdiri dos.N.Quliyev, GDU –nun açıq dərslərin keçirilməsinə nəzarət komissiyasının üzvü dos.Y.Namazov, kafedranın professor – müəllim heyəti üzvlərindən 12 nəfəri iştirak edirdilər.

b/m. Sevinc İmanova tələbələrə açıq dərsin keçirilməsi  açıq dərsdə iştirak edənlər barədə tələbələrə məlumat  verdikdən sonra, əvvəlki mövzu barədə tələbələri cəlb etməklə məlumat verdi və bu zaman tələbələrin fərdi xüsusiyyətlərini  nəzərə alaraq suallar verir və suallar tələbələrin təfəkkürünün inkişafına yönəldilirdi.

Daha sonra S.İmanova kompüter texnikasından əyani vasitələrdən istifadə etməklə yeni mövzunun izahına başladı. Mövzunun izahı zamanı  S.İmanovanın yüksək biliyə, təcrübəyə, etikaya malik olduğu hiss edilirdi. B/m. S.İmanova mövzunun ətraflı izahını verdi və qarşıya qoyduğu məqsədə nail oldu.

Açıq dərsin sonunda tələbələrin iştirakı ilə müzakirə keçirildi və açıq dərs 30 balla “əla” qiymətləndirildi.