“Tarix və Diyarşünaslıq” muzeyinə ekskursiya

“Tarix və Diyarşünaslıq”  muzeyinə ekskursiya

26.09.2019 –cu il tarixdə Gəncə Dövlət Universitetinin  Fizika və texniki fənlər fakültəsinin “Təsviri incəsənət” kafedrasının müəllimi  Lalə Cahangirova “Təsviri incəsənət müəllimliyi” ixtisası IV(1) qrup tələbələrini “Muzey işi” fənni ilə əlaqədar  (Fizika və texniki fənlər fakültəsinin dekanı, professor Muğan Quliyevin icazəsi ilə) Gəncə Dövlət Tarix və Diyarşünaslıq muzeyinə ekskursiya təşkil etmişdir.

Tələbələr “Qədim dövr” sərgi zalından  “Müasir dövr” sərgi zalına kimi bütün ekspozisiyaları maraqla izlədilər. Əyani şəkildə ekspozisiyaların qurulma qaydalarını öyrəndilər, eksponatların tarixi ilə tanış oldular.