Təsviri incəsənət kafedrasının b/müəllimi Əbülfət Məhərrəmovun açıq dərsi keçirildi.

02 dekabr   2019 –cu il tarixdə “Təsviri incəsənət”  kafedrasının baş müəllimi Əbülfət Paşa oğlu Məhərrəmovun   “Təsviri incəsənət müəllimliyi” ixtisası üzrə  II kurs tələbələri ilə “Boyakarlıq” fənnindən “Neytral fonda naturadan  qadın başının etüdü” – Format üzərində rəsmin yerləşdirilməsi mövzusunda açıq dərsi keçirildi.

Açıq dərsdə Təsviri incəsənət kafedrasının müdiri dos.Mərdan Mürsəl oğlu Məmmədov.,  Təsviri incəsənət kafedrasının professor – müəllim heyəti üzvlərindən 6 nəfəri iştirak edirdilər.

Əbülfət müəllim mövzunun izahı zamanı müasir kommunikasiya texnologiyalarından yerində istifadə etdi. Mövzuya uyğun yəni qadın başının  hazırlanmasına  aid slayd hazırlamışdı.

Ümumiyyətlə müəllim dərsi yüksək səviyyədə keçdi.

Açıq dərs tələbələr və müəllim heyəti tərəfindən “əla” qiymətləndirildi.