Fizika kafedrasında maraqlı seminar. Mövzu “Qara və ağ dəliklər”

22 noyabr 2019 –cu il tarixdə  Fizika və texniki fənlər fakültəsində  Fizika kafedrasının növbəti elmi seminarı keçirilmişdir. Elmi seminarda lafedranın dosenti  fizika üzrə fəlsəfə doktoru  Rizvan Məhəmmədəli  oğlu İmanov  “Qara və ağ dəliklilər” adlı  elmi populyar mövzuda çıxış etmişdir.  Elmi seminarda  Fizika kafedrasının  professor –müəllim  heyəti üzvlərində 25 nəfəri, fizika müəllimliyi ixtisasının I, II, III kurs tələbələri iştirak edirdilər.

Dos.R.M.İmanov əyani vasitələrdən, kompyuter, texnikasından istifadə etməklə qara və ağ  dəliklərin fiziki mənasını izah etdi. O, qeyd etdi, dəlik, ağlasığmaz dərəcədə böyük sıxlığa və çox güclü qravitasiya sahəsinə malik elə bir  obyektdir ki, hətta  işıq fotonları  da oradan çıxa bilmirlər.

 Ağ dəliklər, bizim  kainatın  qara dəliklərin əksinə olan nəzəri obyektləridir. Əgər ağ dəlikdən heç nə çıxa  bilmədiyi  halda, ağ dəliyə heç nə  düşə  bilməz, yox əgər  ora nəsə düşərsə,  məsələn,  hidrogen  atomu onda ağ dəlik  partlayar  və mövcudluğunu itirər.

Daha sonra R.M.İmanov  qara və ağ dəliklər haqqında maraqlı videoçarx nümayiş etdirdi və  hər bir görüntü üzrə ətraflı  məlumat  verdi.

Dos.R.M.İmanovun  çıxışından  sonra müzakirələr və çıxışlar başladı. Müzakirələrdə  kafedranın   müdiri dos.N.İ.Quliyev və  dosentlər Y.B.Namazov, S.P.İsgəndərova, R.K.Hüseynov, b/m.S.M.Abdullayev, b/m.S.R.İmanova iştirak  etdilər.  Müzakirələr  zamanı R.M.İmanov tələbələri maraqlandıran  suallara cavab verdi.

Kafedra müdiri dos.N.İ.Quliyev öz adından Seminar iştirakçılarının adından maraqlı çıxış etdi. Dos.R.M.İmanova təşəkkür etdi.