Qabiliyyət tələb edən ixtisaslarda əyani dərslərə start verildi.

Azərbaycan Respublikasının  Təhsil Nazirinin xüsusi karantin rejimi dövründə ali, orta ixtisas ə peşə təhsilli müəssisələrində tədris prosesinin əyani formada təşkil edilməsi barədə 08.02.2021-ci il tarixində imzalandığı T-41 saylı əmrə əsasən ənənəvi  formada bərpa edilir.

Gəncə Dövlət Universitetində də qabiliyyət tələb edən ixtisaslarda  əyani dərslərə start verilmişdir.

Dərslərin başlanması ilə əlaqədar Gəncə Dövlət Universitetinin rektoru professor Yusif Yusibov, Rektorun müşaviri Asif Cavadov, həmçinin  Fizika və Texniki Fənlər fakültəsinin  dekanı Muğan Quliyev Təsviri İncəsənət kafedrasında tədrisə başlanılan dərslərdə iştirak  edərək tələbələrə müvəffəqiyyətlər arzuladılar.