18.02.2021- Dövlət Rəsm qalereyasının direktoru Q.Qasımovun Gəncə rəssamları ilə online görüşü

18 fevral 2021- ci il tarixdə Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru  Qalıb Qasımov Gəncə rəssamları ilə online görüş  apardı.

Bu Görüşdə Gəncə Dövlət Universitetinin Fizika və Texniki Fənlər fakültəsinin Təsviri incəsənət kafedrasının müəllimləri də iştirak edirdi.

 Söhbətin əsası Gəncə rəssamlarının problemləri, Gəncə şəhərində rəsm qalereyasının olmaması, Gəncə rəssamlarının yaradıcı emalatxanalarının olmaması idi.  Hər bir rəssam çıxış edərək öz fikirlərini söylədi.

Dövlət Rəsm Qalereyasının direktoru  Qalıb Qasımov bildirdi ki, Gəncə şəhərində  yaxın gələcəkdə  Rəsm qalereyasının olmasına yaxından köməklik edəcəkdir.

Bu baxımdan  Təsviri İncəsənət kafedrasının müəllimləri Dövlət Rəsm Qalereyasının direktoru  Qalıb Qasımova öz təşəkkürlərini  bildirdilər.