22 noyabr 2021-ci il tarixdə b/m.Həsənova Emilya Məmməd qızının açıq dərsi keçirildi

22 noyabr   2021 –ci il tarixdə “Təsviri incəsənət”  kafedrasının baş müəllimi Həsənova Emilya Məmməd  qızının   “Təsviri incəsənət müəllimliyi” ixtisası üzrə  III kurs tələbələri ilə “Təsviri incəsənət və onun tədrisi metodikası” fənnindən “Dekorativ rəsm məşğələsi üçün əyani vəsaitin hazırlanması” mövzusunda açıq dərsi keçirildi.

Açıq dərsdə Fakültə dekanı, prof. M.S.Quliyev, Təsviri incəsənət  kafedrasının müdiri, prof. M.M.Məmmədov və Təsviri incəsənət kafedrasının professor – müəllim heyəti üzvlərindən dos. A.Ə.Hüseynov., b/m.Ə.P.Məhərrəmov və müəl.A.Ə.Məmmədova iştirak  etdilər.

b/m.E.M.Həsənova dərsə  yaxşı hazırlaşmışdı. Dərs prosesində  yeni mövzunun izahı zamanı əyanilik prinsipinə  və müasir kommunikasiya texnologiyalarından istifadə etdi.  

Açıq dərsin gedişi  tələbələr və müəllim heyəti tərəfindən “qənaətbəxş” qiymətləndirildi.