26 noyabr 2021- ci il tarixdə müəllim Veysova Rəna Məhəmməd qızının açıq dərsi keçirildi

26 noyabr 2021- ci il tarixdə  Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər fakültəsində I kurs fizika müəllimliyi ixtisasında Fizika kafedrasının  müəllimi Veysova Rəna Məhəmməd qızının “Ümumdünya cazibə qanunu. Ağırlıq qüvvəsi” mövzusunda  açıq seminar dərsi keçirildi.

Açıq dərsdə Fizika kafedrasının müdiri  dos.N.İ.Quliyev, Fizika və texniki fənlər fakültəsinin dekan müavini, Fakültə tədris – metodiki şurasının sədri dos.M.C.Tağıyeva,  kafedranın b/m.S.R.İmanova., dos.S.P.İsgəndərova., b/m.t.f.d. S.O.Məmmədova, müəl.A.İ.Kazımova., b/m.E.M.Məmmədov., müəl.N.Ə.Verdiyeva, müəl.f.f.d.A.Y.Həmzəyeva iştirak edirdilər.

R.M.Veysova açıq seminar dərsin mövzu planı ilə tələbələri tanış etdikdən sonra mövzu ətrafında tələbələrlə sorğu – sual keçirdi. Daha sonra mövzuya aid məsələ həllinə başladı. R.M.Veysova şagirdlərlə birlikdə məsələ həll edən zaman  məsələ həlli metodikasını şagirdlərə yüksək pedaqoji ustalıqla izah etdi.

Açıq dərsin sonunda tələbələrin iştirakı ilə R.M.Veysovanın açıq dərsi 28 balla “Əla” qiymətləndirildi.