26 noyabr 2021- ci il tarixdə b/m.Rəsulova Elnarə Qoşqar qızının açıq dərsi keçirildi

26 noyabr   2021 –ci il tarixdə “Təsviri incəsənət”  kafedrasının baş müəllimi Rəsulova Elnarə Qoşqar qızının   “Təsviri incəsənət müəllimliyi” ixtisası üzrə  II kurs tələbələri ilə “Boyakarlıq” fənnindən “Gips basin etüdü” mövzusunda açıq dərsi keçirildi.

Açıq dərsdə Təsviri incəsənət  kafedrasının müdiri, prof. M.M.Məmmədov və Təsviri incəsənət kafedrasının professor – müəllim heyəti üzvlərindən 6 nəfər iştirak  etdilər.

b/m.Rəsulova E.Q. “İşıq və kölgənin verilməsi” mərhələ – fortmat üzərində rəsmin yerləşdirilməsi mövzusunda dərsi müasir tələblərə uyğun səviyyədə apardı.

Yeni mövzunun izahı zamanı əyanilik prinsipinə  və müasir kommunikasiya texnologiyalarına əsaslandı.  

Açıq dərs tələbələr və müəllim heyəti tərəfindən “qənaətbəxş” qiymətləndirildi.