01.XII.2021- ci il tarixdə b/müəl. Verdiyeva Nuranə Əlişir qızının açıq dərsi keçirildi

01.XII.2021- ci il tarixdə b/müəl. Verdiyeva Nuranə Əlişir qızının açıq dərsi keçirildi

01 dekabr  2021- ci il tarixdə Fizika və texniki fənlər fakültəsində I kurs  Fizika müəllimliyi ixtisasında Fizika kafedrasının müəllimi  Verdiyeva Nuranə Əlişir qızının “Mexanika” fənnindən “Elastiqiyyat modulunun əyilmə üsulu ilə təyini” mövzusunda açıq laboratoriya  dərsi keçirilmişdir.

Açıq dərsdə Fizika kafedrasınınmüdiri dos.N.İ.Quliyev. Fakültə Metodiki Şurasının sədri dos.M.C.Tağıyeva, GDU – rektorunun  nümayəndəsi dos.E.M.Cavadov., Fizika kafedrasının dosenti  R.K.Hüseynov.,  dos.S.P.İsgəndərova., b.m.S.R.İmanova., müəl.T.T.Tahirova.,  müəl.A.İ.Kazımova iştirak edirdilər.

Müəl. N.Ə.Verdiyeva açıq dərsin əvvəlində mexanika fənni üzrə  mühazirədə keçilmiş  mövzular üzrə tələbələrin fərdi xüsusiyyətlərini nəzərə almaqla və tələbələrlə kommunikativ əlaqələr  quraraq sorğu – sual  keçirdi. Daha sonar açıq dərs8in mövzusu ilə əlaqədar geniş nəzəri məlumat Verdi və elastiqiyyat modulunu təyin etmək üçün təcrübəni özü icra etdi və tələbələr müstəqil laboratoriya işini yerinə yetirməyə başladılar.

Açıq dərsin sonunda  tələbələrin iştirakı ilə qiymətləndirmə keçirildi və açıq dərs 28 balla “əla” qiymətləndirildi.