30.XI.2021- ci il tarixdə b/müəl. İmanova Sevinc Ramazan qızının açıq dərsi keçirildi

30.XI.2021- ci il tarixdə b/müəl. İmanova    Sevinc Ramazan qızının  açıq dərsi keçirildi

30 noyabr 2021- ci il tarixdə Fizika və texniki fənlər fakültəsinin Fizika müəllimliyi ixtisasının III (2) qrupunda Fizika kafedrasının baş müəllimi  İmanova Sevinc Ramazan qızının “Dünyanın  heliosentrik sistemi: Planetlərin hərəkət qanunları Kepler qanunları” mövzusunda açıq seminar dərsi keçirilmişdir.

Açıq dərsdə Fizika kafedrasınınmüdiri dos.N.İ.Quliyev. Fakültə Metodiki Şurasının sədri dos.M.C.Tağıyeva, dekan müavini dos.E.X.İsmayılov, kafedranın professor – müəllim  heyəti üzvlərindən dos.R.K.Hüseynov.,  b/m.E.M.Məmmədov., müəl. R.A.Abbasov., müəl.N.Ə.Verdiyeva, müəl.İ.A.Seyidova., müəl.T.T.Tahirova iştirak edirdilər.

b/m. S.R.İmanova açıq dərsin  mövzusu barədə tələbələrə məlumat verdikdən sonra tələbələrlə kommunikativ əlaqələr qurmaqla yeni mövzu ilə əlaqədar əvvəlki mövzular üzrə sorğu – sual keçirdi və bu zaman tələbələrin fərdi xüsusiyyətlərini pedaqoji ustalıqla nəzərə alırdı.  Daha sonra yeni dərsin  mövzusu barədə S.R.İmanova geniş  məlumat Verdi və məsələ həllinə başladı.

Tələbələr S.İmanovanın köməyi ilə məsələ həlli metodikasına yiyələnərək məsələ  həllini uğurla  sona çatdırdılar.

Açıq dərsin sonunda  b/m. S.İmanovanın açıq dərsi tələbələrin iştirakı ilə  30 balla “əla” qiymətləndirildi.