NOVRUZ BAYRAMI

Novruz bayramı xalqımızın əsrlər boyu qeyd etdiyi bir bayramdır. Azərbaycanda adətə görə Novruz bayramında göyərdilən səməni yazın gəlməsinin, təbiətin canlanmasının, əkinçiliyin rəmzidir.

 Bütün bu mərasimlər İslamdan çox-çox əvvəl mövcud olmuş qədim şərq ənənələrinin davamıdır.

16 mart 2022– ci il tarixdə Fizika və texniki fənlər fakültəsində Novruz Bayramına həsr olunmuş tədbir keçirildi.

Fakültə dekanlığının və Fakültə tələbə gənclər təşkilatının birgə hazırladığı musiqili – ədəbi tədbir GDU –nun II tədris binasının akt zalında oldu.

Təbrirdə fakültə dekanı, prof.M.S.Quliyev, GDU –nun Humanitar məsələləri üzrə  Dos.G.Fətəliyeva, fakültənin professor – müəllim heyəti və tələbələr iştirak edirdi.

GDU –nun Humanitar məsələlər üzrə Gülsüm Fətəliyeva tədbiri giriş sözü ilə açdı və hörmətli rektor prof.Yusif Yusibovun adından qarşıdan gələn Bahar bayramı münasibəti ilə fakültənin müəllim və tələbə kollektivini təbrik etdi.

Fakültə dekanı, professor Muğan Quliyev çıxış edərək tədbir iştirakçılarını təbrik etdi, bütün kollektivi  Novruz Bayramı münasibəti ilə şəhərimizdə keçiriləcək böyük Bayram tədbirində fəal iştirak etməyi çağırdı.

Sonra fakültə tələbələrinin hazırladığı musiqili – bədii proqram təqdim edildi. Bir–birindən maraqlı rəqslər və mahnılar tədbir iştirakçılarının alqışları ilə qarşılandı.

Sonda Fakültə dekanı tədbirin musiqili – bədii hissəsini hazırlayan bütün tələbələrə təşəkkürünü bildirdi.

BAYRAMINIZ MÜBARƏK!!!!