15 mart 2022-ci il tarxidə Xavəri Xavər Ələmxan qızının “Optika” fənnindən  “Mikroskop vasitəsilə şüşənin sındırma əmsalının təyini” mövzusunda açıq laboratoriya dərsi keçirildi.

15 mart 2022- ci il tarixdə  GDU –nun Fizika və texniki fənlər fakültəsində II kurs Fizika müəllimliyi ixtisasında  Fizika kafedrasının müəllimi Xavəri Xavər Ələmxan qızının “Optika” fənnindən  “Mikroskop vasitəsilə şüşənin sındırma əmsalının təyini” mövzusunda açıq laboratoriya dərsi keçirildi.

Açıq dərsdə Fizika kafedrasının müdiri dos.N.İ.Quliyev.,  professor – müəllim heyəti üzvlərindən dos.M.C.Tağıyeva., p.f.d.S.K.Rüstəmova., dos.Y.B.Namazov., dos.R.M.İmanov., b/m.E.M.Məmmədov., müəl.A.İ.Kazımova., müəl.R.A.Abbasov., müəl.T.Tahirova  iştirak edirdilər.

Xavəri X.Ə. açıq dərsdə iştirak edən  professor müəllim heyəti üzvlərini salamladıqdan sonra kompyuter texnikasından  və proyeksiya aparatından  istifadə etməklə mikroskopun  quruluşu barədə  düzgün və hərtərəfli məlumat verdi.

Daha sonra tələbələr işin gedişini  növbə ilə danışdılar və  müəllim bu zaman onlara hərtərəfli köməklik  göstərir və calışırdı ki, tələbələr mövzunu dərindən mənimsəsinlər.

Xavəri X.Ə.  tələbələrlə bərabər laboratoriya işini işlədi və lazım olan  nəticəni aldı.

Açıq dərsin sonunda tələbələrin iştirakı ilə müzakirə keçirildi və açıq dərs  27 balla “əla” qiymətləndirildi.